Devlab Intern

Devlab Intern proqramı gənc mühəndislərə real tapşırıqlar, praktiki layihələr və komanda işi üzərindən inkişaf imkanı yaradır. Burada öyrəndiklərini tətbiq edir, təcrübə qazanır və texnoloji karyerana real addım atırsan.

150+

Yaradılmış layihələr

100+

Ekosistem üzvü

Yeni dalğaya çox az qalıb.

Təcrübə panelinə keçin
PartnerPartnerPartnerPartnerPartnerPartnerPartnerPartnerPartnerPartnerPartnerPartnerPartnerPartnerPartnerPartnerPartnerPartner
before devlab girl

Karyerana gedən yolda
maneələri aşmağa hazırsan?

Təcrübən yoxdur? 🧐
CV göndərirsən, cavab gəlmir? 📩
Portfolio var, amma işə çevrilmir? 💼
Niyə Biz?

Çıxış yolu bu gün verəcəyin qərarla başlayır.

Professional growth

Gələcəyini Qur

Peşəkar mühit

Real yönümlü layihələr

Real iş mühitinə uyğun struktur, deadline, code review və komanda əməkdaşlığı ilə icra olunan layihələr.

Şirkətlərə çıxış imkanı

Namizəd portfolio və ölçülə bilən performans göstəriciləri əsasında şirkətlərə daha sistemli və şəffaf şəkildə təqdim olunur.

Təcrübəli Mentor dəstəyi

Təcrübəli mentor dəstəyi inkişafını təsadüfi öyrənmə ilə deyil, real bazar təcrübəsinə əsaslanan istiqamətləndirmə və davamlı geribildirimlə sürətləndirir.

Ölçülən inkişaf yolu

İnkişaf real layihə performansını texniki dərinlik, icra keyfiyyəti və məsuliyyət indikatorları üzrə ölçən data-əsaslı qiymətləndirmə sisteminə əsaslanır.

Aktiv təcrübə proqramları

Gələcək karyerana addım atmaq üçün sənə uyğun proqramı seç.

Proqram necə davam edir?

Devlab-da innovasiyanın baş vermə addımları ilə tanış ol

Addım 1

Mövcud bilik səviyyən, texniki istiqamətin və karyera məqsədin əsasında uyğun proqramı müəyyənləşdir. İnkişaf yolun təsadüfi deyil, strukturlaşdırılmış seçimlə başlayır.

Addım 2

Hər həftə təyin olunmuş tapşırıqları icra edərək praktiki biliklər qazanırsınız. Mentor dəstəyi ilə çətinlikləri daha sürətli dəf edirsiniz.

Addım 3

Öyrəndiklərinizi real layihələr üzərində tətbiq edin. Hər bir addımınız sistem tərəfindən izlənilir və inkişafınız vizuallaşdırılır.

Addım 4

Real layihələrdən ibarət portfolionuzu tamamlayaraq iş dünyasına tam hazır vəziyyətdə addım atın.

Devlab Logo

Təqaüd Proqramı ilə fürsətlərdən yararlan

Yüksək performans və inkişaf potensialı göstərən namizədlər üçün 100%, 80%60%-lik təqaüdlər motivasiya və qiymətləndirmə nəticələrinə əsasən təqdim olunur.

Tez-tez verilən suallar

Devlab məzunları hansı şirkətlərdə çalışır?
Məzunlarımız ölkənin aparıcı bank, holdinq və texnologiya şirkətlərində proqramçı və mütəxəssis kimi fəaliyyət göstərirlər. Onların arasında Kapital Bank, AzInTelecom, Andersen Global, Neurotime, Bizera və digər tanınmış şirkətlər var.
Təqaüd proqramından kimlər yararlana bilər?
Yüksək performans və inkişaf potensialı göstərən namizədlər təqaüd proqramına müraciət edə bilərlər. Seçim zamanı namizədin motivasiyası və qiymətləndirmə nəticələri əsas götürülür.
Təqaüd dərəcələri necə müəyyən olunur?
Təqaüd proqramına müraciət prosesi 2 mərhələdən ibarətdir: texniki test və onlayn müsahibə. Hər mərhələdə göstərilən nəticələr qiymətləndirilir və yekun təqaüd dərəcəsi ümumi performansa əsasən müəyyən edilir.
İşlə təminat dəstəyi verirsinizmi?
Proqramı bitirən uğurlu namizədlər, onların inkişaf yolu, portfoliosu, həllərin keyfiyyəti kimi statistikalarla birlikdə əməkdaş şirkətlərə təqdim olunur və onlarla mümkün işəgötürmə halları müzakirə olunur.
Mentorluq sistemi necə işləyir?
Hər bir iştirakçıya sahə üzrə mütəxəssis olan fərdi mentor təyin edilir. Mentorlar həftəlik görüşlərdə kodun nəzərdən keçirilməsi (code review) və yol xəritəsinin müəyyənləşdirilməsində kömək edirlər.
Necə müraciət edə bilərəm?
Veb saytımızdakı "Müraciət" bölməsinə daxil olaraq CV və ya GitHub profilinizi göndərməyiniz kifayətdir. Və ya birbaşa olaraq links.devlab.llc/apply linkinə daxil olaraq müraciətinizi tamamlayın.

Rəylər

Ekosistem oyunçularının rəyləri

Vusal Huseynli

AzInTelecom-da Frontend Developer

“Hər şey çox yaxşı idi. Uğurlar hamınıza. Devlab-dan sonra AzInTelecom-a qəbul aldı!”

Mənaf Əhmədov

Andersen Lab-da Software Developer

Devlab-dan sonra, Mənaf Andersen Lab-a qəbul aldı!

Agalar Karimov

Devlab Məzunu

“Tam səmimi deyirəm, çox maraqlı tasklar var idi. Təşəkkür edirəm.”

Fərid Hacıyev

Devlab Məzunu

“Bu təcrübə proqramı bilik və bacarıqlarımı inkişaf etdirməyə, layihələr üzərində işləməklə təcrübə qazanmağa və özümə daha çox güvənməyə kömək etdi.”

Nurlan Məmmədli

Bizera-da Frontend Developer

“Devlab təcrübə proqramı mənə real layihələrlə işləmə imkanı verdi və öyrəndiklərimi praktikada tətbiq etməyi öyrətdi. Mentor dəstəyi və mühit çox faydalı oldu. Təşəkkürlər!”

Vusal Huseynli

AzInTelecom-da Frontend Developer

“Hər şey çox yaxşı idi. Uğurlar hamınıza. Devlab-dan sonra AzInTelecom-a qəbul aldı!”

Mənaf Əhmədov

Andersen Lab-da Software Developer

Devlab-dan sonra, Mənaf Andersen Lab-a qəbul aldı!

Agalar Karimov

Devlab Məzunu

“Tam səmimi deyirəm, çox maraqlı tasklar var idi. Təşəkkür edirəm.”

Fərid Hacıyev

Devlab Məzunu

“Bu təcrübə proqramı bilik və bacarıqlarımı inkişaf etdirməyə, layihələr üzərində işləməklə təcrübə qazanmağa və özümə daha çox güvənməyə kömək etdi.”

Nurlan Məmmədli

Bizera-da Frontend Developer

“Devlab təcrübə proqramı mənə real layihələrlə işləmə imkanı verdi və öyrəndiklərimi praktikada tətbiq etməyi öyrətdi. Mentor dəstəyi və mühit çox faydalı oldu. Təşəkkürlər!”

Nurlan Məmmədli

Bizera-da Frontend Developer

“Devlab təcrübə proqramı mənə real layihələrlə işləmə imkanı verdi və öyrəndiklərimi praktikada tətbiq etməyi öyrətdi.”

Cəlil Dünyamalıyev

Devlab Məzunu

“Bu təcrübə proqramı mənə öz bacarıqlarımı inkişaf etdirməyə kömək oldu.”

Nihat Məmmədov

4SIM-də təcrübəçi Frontend Developer

“Devlab proqramında verilən tasklar inkişaf üçün faydalıdır. Verilən vaxt da yaxşıdır. Mentor dəstəyi daha yaxşı ola bilər. Uğurlar.”

Nurlan Məmmədli

Bizera-da Frontend Developer

“Devlab təcrübə proqramı mənə real layihələrlə işləmə imkanı verdi və öyrəndiklərimi praktikada tətbiq etməyi öyrətdi.”

Cəlil Dünyamalıyev

Devlab Məzunu

“Bu təcrübə proqramı mənə öz bacarıqlarımı inkişaf etdirməyə kömək oldu.”

Nihat Məmmədov

4SIM-də təcrübəçi Frontend Developer

“Devlab proqramında verilən tasklar inkişaf üçün faydalıdır. Verilən vaxt da yaxşıdır. Mentor dəstəyi daha yaxşı ola bilər. Uğurlar.”